Türkiyədə yanğınların söndürülməsinə cəlb edilən heyətin sayı açıqlandı

Türkiyədə yanğınların söndürülməsinə cəlb edilən heyətin sayı açıqlandı
Oxunma sayı: 2202

Türkiyədə yanğınların söndürülməsinə dörd min personal cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun tvitter hesabında məlumat paylaşıb.

“Əlaqədar təşkilat və qurumlarımız, təxminən dörd min personal, yüzlərlə maşın və avadanlıqla 21 vilayətimizdə başlayan meşə yanğınlarına qarşı havadan və qurudan müdaxilə edir.

İki gün içində başlayan 63 yanğının 43-ü nəzarətə alınıb. Söndürmə işləri davam edir”, - o vurğulayıb.