Türkiyəli onkoloq Bakıda pasiyentləri qəbul edəcək

turkiyeli-onkoloq-bakida-pasiyentleri-qebul-edecek
Oxunma sayı: 270

Noyabrın 20-də “Anadolu Sağlık Mərkəzi”nin tibbi onkoloqu Prof. Dr. Bülent Karagöz “Referans Hayat Hospital”da pasiyentləri qəbul edəcək.

Professor süd vəzi, mədə, mədəaltı vəzi, qida borusu, qaraciyər, uşaqlıq, sümük və ağciyər xərçəngi üzrə qəbul həyata keçirəcək.

Qəbul zamanı pasiyentlərin müayinə nəticələri dəyərləndiriləcək, müalicə planları müzakirə olunacaq və xəstəliklə bağlı peşəkar rəy veriləcək.

Qeyd edək ki, “Referans Medical Group” ilə “Anadolu Sağlık Mərkəzi” Johns Hopkins arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Anadolu Sağlık Mərkəzi” Johns Hopkins-in rəsmi nümayəndəliyi “Referans Hayat Hospital”da fəaliyyət göstərir. Bu əməkdaşlıq pasiyentlərə beynəlxalq tibbi təcrübəyə əsaslanan diaqnostika və müalicə xidmətlərindən Azərbaycanda yararlanmaq imkanı yaradır.

Həkim qəbulu randevu əsasında aparıldığı üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir. Qəbula yazılmaq və ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzi *0033 və ya 077 502 00 33 nömrələri ilə əlaqə saxlamaq mümkündür.

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 35A, Referans Hayat Hospital.