Türkiyənin ilk yerli avtomobili Ərdoğana təqdim edildi - Fotolar

turkiyenin-ilk-yerli-avtomobili-erdogana-teqdim-edildi
Oxunma sayı: 4839

Türkiyənin yerli avtomobil markası olan “TOGG”un ilk nümunəsi Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobil Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana Prezident Külliyesində təşkil edilən mərasimdə hədiyyə edilib.

Türkiyə Prezidenti “TOGG”un ilk nümunəsinini sevinclə qarşılayıb.

“Türk əsrinin ilk bəhrələrindən biri olan “TOGG” bütün millətimizə xeyirli olsun”, - deyə Ərdoğan bildirib.