Türkiyənin məşhur həkimləri Bakıda pasiyentləri qəbul edəcəklər

turkiyenin-meshur-hekimleri-bakida-pasiyentleri-qebul-edecekler
Oxunma sayı: 2677

“Referans Medical Group” daxilində fəaliyyət göstərən, “Leyla Medical Center”in Türkiyənin məşhur Anadolu Sağlıq Mərkəzi ilə imzaladığı memoranduma əsasən, türk mütəxəssisləri mütəmadi olaraq  Azərbaycana dəvət olunaraq pasiyent qəbulları həyata keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu memorandumun imzalanmasında əsas məqsəd, burada xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib, Türkiyə və digər xarici ölkələrə müalicə üçün üz tutan pasiyentlərə dəstək olmaqdır.

Memoranduma əsasən, bu dəfə Türkiyənin Anadolu Sağlıq Mərkəzindən dəvət olunmuş, Türk Tibbi Onkologiya Dərnəyinin üzvü, Tibbi Onkoloq Prof.Dr.Bülent Karagöz və Ümumi Cərrah Prof.Dr.Vafi Atalay “Leyla Medical Center”də 20 oktyabr tarixində pasiyentləri qəbul edəcəklər.

Tibbi Onkoloq Prof.Dr.Bülent Karagözün ixtisaslaşdığı sahələr:

- Süd vəzi xərçəngi

- Yumurtalıq xərçəngi

- Endometrit

- Ağciyər xərçəngi

- Qaraciyər xərçəngi

- Prostat xərçəngi

- Yoğun bağırsaq xərçəngi

- Mədə və mədəaltı vəzi xərçəngi

- Metastatik xəstəliklər və s.

 Ümumi Cərrah Prof.Dr.Vafi Atalayın ixtisaslaşdığı sahələr:

- Xoşxassəli və bədxassəli törəmələrin müasir metodlarla müalicəsi

- Mədə, nazik bağırsaq, yoğun bağırsaq xərçəngi əməliyyatları

- Qastrointestinal sistem xəstəlikləri

- Proktolojı xəstəliklər

- Yırtıq cərrahiyyəsi və s.

Qeyd: Öncədən qeydiyyat mütləqdir.

Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19

Ətraflı məlumat: *0101

Whatsapp dəstək nömrəsi: +994 55 455 0111

https://www.facebook.com/LeylaMedicalCenterhttps://

https://www.instagram.com/leylamedicalcenter/