Türkmənistanda parlament seçkiləri başa çatdı

turkmenistanda-parlament-seckileri-basa-catdi
Oxunma sayı: 1555

Bu gün Bakı vaxtı ilə 18:00-da Türkmənistanda parlament seçkiləri üzrə səsvermə başa çatıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası və Türkmənistan Aqrar Partiyası iştirak edib. Milli Məclisə ümumilikdə 125 deputat seçilib.