Üç ilə qədər həbs oluna bilər

uc-ile-qeder-hebs-oluna-biler
Oxunma sayı: 1345

Mabel Matiz adı ilə məşhurlaşan türkiyəli müğənni Fatih Karaca barəsində həbs tələbi irəli sürülüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun “Perperişan” adlı mahnısının sözlərində uyğunsuz ifadələr olduğu və yaş məhdudiyyəti qoyulmadığı üçün uşaqlara təhlükə yaratdığı iddiası ilə açılan məhkəmə işində prokuror rəyi açıqlanıb.

Məhkəmə iclasında müğənnini vəkili təmsil edib.

Prokurorun təqdim etdiyi rəyə əsasən, müğənni 6 aydan 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Məhkəmə tərəflərə müdafiə üçün vaxt verib və iclas təxirə salınıb.

Növbəti iclasda qərarın açıqlanacağı gözlənilir.