Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

ucarda-masinlar-toqqusdu
Oxunma sayı: 255

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə  rayonun Oğuz küçəsində olub.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini 1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Masallı rayon sakini 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev