Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub. Son matçda “Turan Tovuz” “Qəbələ” önünə çıxıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev matç haqda fikirlərini bildirib:
“Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var”.
Son xəbərlər
Son Xəbərlər