UEFA qadağa qoysa da, onlar Bakıya gəldi

uefa-qadaga-qoysa-da-onlar-bakiya-geldi
Oxunma sayı: 1447

UEFA-nın səfər oyunlarında azarkeş qadağası qoymasına baxmayaraq, “Ayntraxt”ın 14-15 fanatı Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, onlar bu gün baş tutacaq “Qarabağ”la Çempionlar Liqası matçını izləmək üçün paytaxtımızda olacaqlar.

Qitə futbol qurumunun alman fanatları bundan öncəki oyunlarda etdiklərindən dolayı cəzalandırmasına görə, onlar matçı Azərbaycan təmsilçisinin tərəfdarlarının olduğu tribunalarda izləyəcəklər. Həmin fanatların “Ayntraxt” forması geyinməsi də mümkün olmayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.