Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Aktobe vilayətinin ərazisinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Hadisə aprelin 29-da yerli vaxtla səhər saat 08:30 (Bakı vaxtı ilə 07:30) radələrində baş verib.
Belə ki, yerli sakinlər PUA-nın Rusiyanın Orenburq vilayəti ilə sərhəd yaxınlığında yerləşən Alimbetovka kəndi ərazisində düşdüyünü görüblər. İnsanlar həmçinin ağır bir əşyanın yerə düşməsindən yaranan güclü səs eşitdiklərini bildiriblər.
Hadisə yerinə Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məsələ ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Orenburq vilayəti Ukrayna tərəfindən dron hücumuna məruz qalıb.
Son xəbərlər
Son Xəbərlər