Ukrayna ilə bağlı səsvermədə iclas zalını tərk etdi

ukrayna-ile-bagli-sesvermede-iclas-zalini-terk-etdi
Oxunma sayı: 3292

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı səsvermə zamanı Aİ sammitinin iclas zalını tərk edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə sammit çərçivəsində jurnalistlərə avropalı mənbə bildirib.

“Şura Ukrayna ilə bağlı qərar qəbul edərkən Orban müvəqqəti olaraq iclas zalında olmayıb, bu, razılaşdırılıb və konstruktiv şəkildə edilib”, - mənbə bildirib.

Qeyd edək ki, Avropa ölkələrinin başçıları Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq haqda qərar qəbul ediblər.