Ukrayna kütləvi raket atəşinə tutuldu - Yenilənib - Video

ukrayna-kutlevi-raket-atesine-tutuldu
Oxunma sayı: 3533

Rusiya ordusu Ukrayna ərazisini kütləvi raket atəşinə tutub.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, Kiyev vilayətində, Zaporojye, Dnepr və Lvovda partlayışlar baş verib.

Ümumilikdə ölkənin 16 vilayətində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. Dağıntı və tələfat barədə hələ ki məlumat verilməyib.

***

Ukrayna ərazisinin kütləvi raket atəşinə tutulması nəticəsində Dnepr, Xarkov, Lvov, Kiyev, Odessa, Zaporojye və digər şəhərlərdə müxtəlif obyektlərdə dağıntılar qeydə alınıb.

Hadisə nəticəsində ümumilikdə 8 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb. Kiyevdə hücum zamanı “Lukyanovskaya” metro stansiyasının binasına zərər dəyib.