Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - Foto

ukrayna-ordusunda-doyusen-azerbaycanli-helak-oldu
Oxunma sayı: 1012

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat yayıb.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov döyüşdə həlak olub.

1987-ci il təvəllüdlü Ruslan sabah doğulub böyüdüyü Pyatixatsk rayonunun Jovte kəndində dəfn ediləcək.