Ukrayna səfiri Azərbaycana belə vida etdi

ukrayna-sefiri-azerbaycana-bele-vida-etdi
Oxunma sayı: 5695

“Mən Azərbaycan və burada yaşayan insanlar haqqında çox müsbət təəssüratlarla vətənə qayıdıram”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycanda diplomatik missiyasının başa çatması ilə bağlı feysbuk hesabında etdiyi paylaşımda bildirib.

“Bu, suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, sürətlə inkişaf edən bir ölkədə diplomatik həyatımın parlaq, məzmunlu və səmərəli dövrü idi. Azərbaycanlılara öz ölkələrinin zəngin tarixini, mədəniyyətini və adət-ənənələrini daha yaxından tanımağa, Azərbaycana rəğbət hissini inkişaf etdirməyə kömək etdiklərinə görə minnətdaram. Azərbaycanlılar, siz çox gözəlsiniz! 

Tale mənə Ukraynanın dostları və öz ölkəsinin vətənpərvərləri, əsl peşəkarları ilə ünsiyyət və işləmək fürsəti verdi, onlarla dövlətlərimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirdik, yeni səmərəli ikitərəfli əməkdaşlıq mexanizmləri yaratdıq.

Fəxr edirəm ki, kadensiyam müddətində Ukraynanı Azərbaycanda layiqincə təmsil edən qurumlar yaradıldı və fəaliyyəti təmin edildi, məsələn: Ukrayna Ticarət Evi, Ukraynanın Fəxri Konsulluğu, Ukrayna Mərkəzi. Mən şadam ki, Ukrayna diasporu ölkənin çoxmillətli mühitində öz milli kimliyini qoruyub saxlamağın qayğısına qalaraq özünü təmizləyərək güclənib.

Sevinirəm ki, Azərbaycanda Ukrayna mərkəzlərinin, mədəni-maarif ocaqlarının coğrafiyası genişlənib”, - deyə səfir qeyd edib. 

Kanevski Azərbaycanda ölkəsini təmsil etməkdən şərəf duyduğunu vurğulayıb: “Buna ailəmin güclü dəstəyi kömək etdi: məni ruhlandıran həyat yoldaşım, anam və oğlum mənə güc və irəli getmək üçün inam verdi. Bütün diplomatik komandamıza xüsusi təşəkkür edirəm!”.