Ukrayna şəhərləri dairəvi müdafiəyə keçir - Zelenskidən kritik qərar

ukrayna-seherleri-dairevi-mudafieye-kecir
Oxunma sayı: 390

Ukrayna Prezidenti Volodimir Zelenski şəhərlərin müdafiəsini gücləndirmək məqsədilə mühəndis istehkam xətlərinin inkişaf etdirilməsi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) qərarını qüvvəyə mindirib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Şəhərlərin lazımi müdafiə səviyyəsini təmin etmək üçün mühəndis çəpərləri zolağının inkişafı tədbirləri və onların həyata keçirilməsi mexanizmləri haqqında” qərarı qüvvəyə mindirilsin”, – deyə sənəddə deyilir.

Sərəncamda dairəvi müdafiə sisteminin tətbiq olunacağı konkret yaşayış məntəqələrinin adları və görüləcək işlərin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, sentyabr ayında Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə döyüş tapşırıqlarını yerinə yetirmək üçün humanoid robotların yaradılması üzərində iş aparıldığını bildirmişdi.