“Qərb ilə Ukrayna arasında razılaşdırılmış raketlərin tədarükü gecikir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski teleqramda bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ciddi problem “Starlink” və “Starshield” sistemlərinə tətbiq edilən sürət məhdudiyyətləri, eləcə də ələ keçirici raketlərin çatdırılmamasıdır.
“Biz artıq razılaşdırılmış raketləri gözləyirik, lakin onlar hələ də gəlib çatmayıb. Bu, ciddi problemdir, çünki Rusiya ordusu bizə demək olar ki, hər gün hücum edir”, - deyə Zelenski qeyd edib.
Son xəbərlər
Son Xəbərlər