Ukraynada raket hücumunda ölənlərin sayı artdı - Video - Yenilənib

ukraynada-raket-hucumunda-olenlerin-sayi-artdi
Oxunma sayı: 6592

Bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə raket zərbələri endirib.

“Qafqazinfo” Ukraynanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 20 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında Rusiya ordusunun ölkəyə 40-dan çox müxtəlif növ raket atdığını yazıb. 

Onun sözlərinə görə, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk kütləvi zərbələrə məruz qalıb.

***

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, raket hücumu nəticəsində ölənlərin sayı 28-ə, yaralıların sayı isə 112 nəfərə çatıb. 

Bununla yanaşı, 50-dən çox mülki obyektə zərər dəydiyi açıqlanıb ki, bunlar arasında yaşayış evləri və tibb müəssisələri də var.