Ukrayna 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək davam edəcək üçgünlük atəşkəs elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ali Radanın deputatı Aleksey Qonçarenko öz teleqram kanalı vasitəsilə məlumat verib.
O bu məlumatı hərbi mənbələrə istinadən yayıb. Deputatın sözlərinə görə, atəşkəs bütün cəbhələri – quru, hava və dəniz sahələrini əhatə edir.
“Ukrayinskaya Pravda” nəşri də Ukrayna Silahlı Qüvvələrinə (USQ) verilən müvafiq əmr barədə məlumat yayıb. Qeyd olunur ki, bu addım ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərləri ilə əlaqəlidir.
Son xəbərlər
Son Xəbərlər