Ukraynada Volodinə 15 il qiyabi həbs verildi

ukraynada-volodine-15-il-qiyabi-hebs-verildi
Oxunma sayı: 1149

Ukrayna məhkəməsi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə qiyabi olaraq 15 il həbs cəzası verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Təhlükəsizlik Xidməti yayıb. 

Xidmətin teleqram kanalında yayılan məlumata görə, məhkəmə Volodini Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi ilə təqsirli bilib.