Ukraynanın 8 rayonu atəşə tutuldu - Ölənlər var

ukraynanin-8-rayonu-atese-tutuldu
Oxunma sayı: 2065

"Rusiya qoşunları Ukraynanın 8 rayonunu atəşə tutub. Nəticədə son sutkada Ukraynada 5 mülki şəxs həlak olub, 25 nəfər isə yaralanıb".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın 132 yaşayış məntəqəsi atəşə tutularkən 63 infrastruktur obyektinə zərər dəyib.