Ukraynanın Baş prokuroru Ruslan Kravçenko istefa verib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat yayıb.
“Bu, siyasi qərardır və mən onu şüurlu şəkildə qəbul etmişəm. Baş prokuror vəzifəsinin siyasi qarşıdurma vasitəsi kimi istifadə olunmasını istəmirəm. İttihamlarla bağlı mövqeyim dəyişməz olaraq qalır”, - deyə o yazıb.
Kravçenko həmçinin göstərilən etimada görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Ali Radaya təşəkkürünü bildirib.
Qeyd edək ki, istefa Ukraynanın Milli Korrupsiya ilə Mübarizə Bürosu və İxtisaslaşdırılmış Korrupsiya ilə Mübarizə Prokurorluğu tərəfindən başladılan genişmiqyaslı istintaq tədbirləri fonunda baş verib.
Son xəbərlər
Son Xəbərlər