“Ukraynanın əks hücum üçün silah və sursatı yoxdur”

ukraynanin-eks-hucum-ucun-silah-ve-sursati-yoxdur
Oxunma sayı: 4120

Ukraynanın yazda əks-hücum əməliyyatı keçirməsi üçün silahı və sursatı yoxdur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Yomiuri Shimbun” nəşrinə deyib.

O bildirib ki, hücum yaza planlaşdırılıb, lakin hazırda döyüş sursatı və təyyarələri çatışmır.

Qeyd olunub ki, Almaniya və digər ölkələrin təqdim etdiyi tankların apreldə cəbhəyə çatacağı gözlənilir.