Ülviyyə İlyasova həbs edildi

ulviyye-ilyasova-hebs-edildi
Oxunma sayı: 7046

Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb.

Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bu, Ülviyyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Xəbəri rus dilində oxuyun: Дело Ульвии Ильясовой: от “кухонных” операций до ареста

Ü.İlyasovaya son cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib.