“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir

unibankin-7-dek-endirimli-kredit-kampaniyasi-davam-edir
Oxunma sayı: 313

“Unibank” kreditlərin bir ünvanda birləşdirilməsi üzrə 7%-dək endirim kampaniyasını avqustun sonunadək uzadıb. Kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini “Unibank”da birləşdirərək daha sərfəli şərtlərlə- illik faiz dərəcəsinə 7 %-dək endirimli yeni nağd kredit əldə edə bilirlər. Bu imkan müştərilərə bir neçə kredit üzrə ayrı-ayrı ödəniş etmək əvəzinə, ayda yalnız bir dəfə ödəniş etməklə maliyyə planlamasını daha rahat qurmağa kömək edir.

İndi “Unibank”da nağd kredit şərtləri belədir:

- Digər banklardakı kreditlərinizi gətirən zaman illik faiz dərəcəsinə 7 %-dək endirim;

- illik 9%-dən başlayan faizlə kredit;

- 70 000 AZN-dək məbləğ;

- zamin tələbi yoxdur;

- 60 ayadək ödəniş müddəti;

- sürətli və rahat rəsmiləşdirmə;

- müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

- “Kredit” sözünü SMS ilə 8117-yə göndərərək;

- UBank mobil tətbiqindən;

- Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

Unibank- Sənin Bankın!