“Uranı ya özləri təhvil verəcək, ya da onu güc yolu ilə oradan çıxaracağıq”

urani-ya-ozleri-tehvil-verecek-ya-da-onu-guc-yolu-ile-oradan-cixaracagiq
Oxunma sayı: 906

“İran ya zənginləşdirilmiş uranı könüllü şəkildə ABŞ-yə təhvil verəcək, ya da biz onu güc yolu ilə oradan çıxaracağıq”. 

“Qafqazinfo” xəbər verir ki, bu bəyanatla ABŞ-nin müharibə naziri Pit Heqset mətbuat konfransında çıxış edib. 

“Onların (İranın - red.) sahib olmamalı olduğu hər hansı material elə indi oradan çıxarılacaq. Onların nüvə tozu dərində basdırılıb və havadan 24/7 nəzarət altındadır. ABŞ Prezidenti Donald Tramp lap əvvəldən aydın şəkildə demişdi: İranın nüvə silahı olmayacaq”, - Heqset deyib.