Bakıda ürəyi dayanan xəstəni həkimlər həyata qaytara bilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində lentə alındığı bildirilən görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntülərdə həkimin ürəyi dayanan pasiyenti ürək masajı ilə həyata döndürdüyü əks olunub.
Xəbəri rus dilində oxuyun: В Баку врач спас пациента с остановкой сердца - ВИДЕО
MNX-nin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Bildirilib ki, vətəndaşa ilkin yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb.
“Aprelin 19-da isaat 19:50-də ictimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafdakı insanların köməkliyi ilə yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.
Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər