Ürək-damar sistemini qorumaqda ən faydalı qidaların göyəm, böyürtkən, gavalı, lobya və yaşıl çay olduğunu müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə alimlər tədqiqad aparıb.
Araşdırmaya görə, bu məhsullar flavanol adlı faydalı bitki birləşmələri ilə zəngindir. Flavanollar qan təzyiqini aşağı salmağa, damarların elastikliyini artırmağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Tədqiqat zamanı məlum olub ki, insanların əksəriyyəti kifayət qədər flavanol qəbul etmir. Mütəxəssislər bildirirlər ki, banan, kök və kartof sağlam qidalar sayılsa da, flavanol baxımından zəngin deyil.
Alimlər qeyd ediblər ki, gündə 200 qram göyəm və ya bir fincan yaşıl çay qəbul etmək ürək sağlamlığı üçün əhəmiyyətli fayda verə bilər.
Son xəbərlər
Son Xəbərlər