Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb.
Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniya bölgəsində quş qripi ocağının təsdiqləndiyi bildirilib.
Virusun yayılmasının qarşısını almaq məqsədilə kommersiya təyinatlı olmayan ev quşlarının daşınmasına sərt məhdudiyyətlər tətbiq edilib və xəstəlik aşkar edilən təsərrüfatların fəaliyyəti dayandırılıb.
Qərara əsasən, quş növlərinin nümayiş olunduğu yarmarkalar, hərraclar və kütləvi sergilər təxirə salınıb. Səlahiyyətlilər vəhşi quşlarla təmasın qarşısını almaq üçün açıq havada saxlanılan ev quşlarının qapalı və üstüörtülü məkanlarda saxlanılmasını tələb ediblər.
Son xəbərlər
Son Xəbərlər