Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video

usagin-qolu-nezaretsizlikden-2-yerden-sinib
Oxunma sayı: 608

Sumqayıtda fəaliyyət göstərən “Laləli” körpələr evi uşaq bağçasında azyaşlı yıxılaraq xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində onun qolu sınıb.

Valideyn Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı oktyabrın 9-da saat 17:04 radələrində “Laləli” körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılaraq xəsarət alıb.

Valideynin sözlərinə görə, hadisə nəticəsində uşağın sol qolu iki yerdən sınıb. O, övladına ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardıma müraciət olunmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edir.

Bağçadan isə bildirilir ki, hadisə baş verən kimi valideynə məlumat verilib. Uşağın atası uzaqda olduğunu və övladını bibisinin götürəcəyini deyib.  

Azyaşlının atası məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qarşılıqlı iddialarına hüquqi qiymət verilməsi və hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi aidiyyəti qurumların araşdırmasından sonra mümkün olacaq.

Daha ətraflı “Xəzər TV”nin süjetində: