“USAID Ukraynada diversiya ilə məşğul olub”

usaid-ukraynada-diversiya-ile-mesgul-olub
Oxunma sayı: 1195

“ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna ərazisində diversiya fəaliyyəti ilə məşğul olub”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb. 

Onun sözlərinə görə, burada söhbət ABŞ-nin ölkələrə milli sanitar-epidemioloji nəzarət sistemlərinin inkişafına və bioloji terrorizm təhlükələrinə qarşı mübarizəyə yardım adı altında həyata keçirdiyi hərbi-bioloji fəaliyyətindən gedir.

Zaxarova qeyd edib ki, USAID-in ABŞ-nin hərbi-bioloji fəaliyyətində iştirakını göstərən sənədlər və hesabatlar mövcuddur.