“Uşaq deyir ki, anamı qarşımda boğurdu, dəfələrlə ölümlə hədələyib” - Video

usaq-deyir-ki-anami-qarsimda-bogurdu-defelerle-olumle-hedeleyib
Oxunma sayı: 1082

Xəbər verdiyimiz kimi, Sumqayıtda 31 yaşlı qadın qətlə yetirilib, şübhəli kimi isə onun özündən 18 yaş böyük qeyri-rəsmi münasibətdə olduğu şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı mərhumun yaxınları danışıb.

Qohumunun sözlərinə görə, onların tez-tez mübahisələri olub:

“Uşaq deyir ki, anamı qarşımda boğurdu. Gəlinin sözlərinə görə, kişi içəndən sonra onu döyüb, söyürdü. Dəfələrlə zəng edib, onu ölümlə hədələyib. Əvvəl bir yerdə yaşayıblar. Bir həftədən çoxdur ki, burada qalırdı. Qorxurdu ki, uşağına xəsarət yetirə bilər, buna görə də evin yerini ona deyib. Uşağı burdan taksi sürücüsü bacısıgilə aparıb. Bəlli idi ki, sürücü tanışdı. Ona dedim ki, niyə qoyurdun vursun, bıçağı alardın əlindən, niyə qoyurdun taksidən əlində bıçaq düşüb gəlsin”.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı “Baku TV”nin süjetində: