Uşaqlar bu quyuya düşüb... - Video

usaqlar-bu-quyuya-dusub
Oxunma sayı: 6971

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə yollanıb.

Ərazidə olan sakinlər hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər: “Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və axtarmağa çıxıblar. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadır. Daha sonra polislər və FHN-in əməkdaşları gəldi. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.

Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olub.

Foto-Video: Müzəffər İsmayılov

Həmçinin oxuyun:  Очередное заявление посольства Турции касательно выборов 

Мать проиграла в онлайн-игре 10 тысяч, собранные для больного сына - Видео