Uşaqları ilə serial çəkilişinə gedərkən qəzaya düşdü

usaqlari-ile-serial-cekilisine-gederken-qezaya-dusdu
Oxunma sayı: 6427

Türkiyəli aktrisa Özgü Namal bu gün uşaqları ilə birlikdə yol qəzasına düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzadan sonra o, iki uşağı və sürücüsü təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.

Məlumata görə, səhər saatlarında aktrisa övladlarını özü ilə birlikdə serial çəkilişinə aparırmış. Onun sürücüsünün idarə etdiyi avtomobil Beykoz yolunda başqa bir maşınla toqquşub.

Ö.Namal, uşaqları və sürücüsü təhlükəsizlik kəmərlərini taxdıqları və hava yastıqlarının açılması səbəbilə qəzadan yüngül xəsarətlərlə xilas ola biliblər.