Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib.
“Qafqazinfo”nun məlumatına görə, Baş direktor paylaşımında görüşdə “COVID-19” pandemiyası ilə mübarizədəki maliyyə yardımına, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə Azərbaycana təşəkkür etmək imkanının olduğunu bildirib.

Son xəbərlər
Son Xəbərlər