“Üzümüzə deyirlər ki, nüvə silahından imtina ediblər, amma...”

uzumuze-deyirler-ki-nuve-silahindan-imtina-edibler-amma
Oxunma sayı: 988

ABŞ Prezidenti Donald Tramp İranla gözlənilən həlledici danışıqlar ərəfəsində hərbi hazırlıqların ən yüksək səviyyəyə çatdırıldığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp “The New York Post” qəzetinə müsahibəsində sülh prosesi uğursuzluqla nəticələnəcəyi təqdirdə güc tətbiqindən çəkinməyəcəklərini vurğulayıb.

ABŞ lideri hazırda Amerika hərbi gəmilərinin indiyədək yaradılmış ən müasir və güclü silahlarla təchiz edildiyini bildirib:

“Biz gəmiləri ən yaxşı silahlarla yükləyirik. Əgər razılaşma baş tutmasa, biz onlardan çox səmərəli şəkildə istifadə edəcəyik. Hər şey təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq”.

Tramp iddia edib ki, İran rəsmiləri qapalı görüşlərdə nüvə silahından tamamilə imtina etdiklərini desələr də, açıq bəyanatlarında uranı zənginləşdirmək niyyətlərini davam etdirirlər:

“Üzümüzə deyirlər ki, bütün nüvə silahlarından imtina ediblər. Amma sonra mətbuata çıxıb uranı zənginləşdirmək istədiklərini bildirirlər. Biz bu məsələni qəti şəkildə aydınlaşdıracağıq”.

Xatırladaq ki, cari ilin 28 fevralında ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlar nəticəsində ali rəhbər Əli Xamenei və digər yüksək rütbəli rəsmilər öldürülüb. Bunun ardınca İran regiondakı bir neçə ölkədə ABŞ və müttəfiqlərinin bazalarına zərbələr endirib. Aprelin 8-də isə tərəflər arasında iki həftəlik müvəqqəti atəşkəs elan edilib. Sabah isə Pakistanda üçtərəfli görüşün keçiriləcəyi gözlənilir.