Məşhur amerikalı aktyor Conni Depp uzun fasilədən sonra ekranlara qayıdır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, yazıçı Çarlz Dikkensin eyniadlı əsəri əsasında çəkilən “Ebenezer: A Christmas Story” filmində baş rolu canlandırıb.
Belə ki, iyulun 23-də Conni Depp San Dieqoda keçirilən “Comic-Con” festivalında gözlənilmədən “Ebenezer” obrazında səhnəyə çıxaraq pərəstişkarlarını təəccübləndirib. O, zarafatla zaldakılara “İşiniz yoxdur? Görünür, çox boş vaxtınız var. Mən isə işləyirəm”, - deyib.
Filmin noyabr ayında nümayişə çıxacağı gözlənilir. “Ebenezer”in eyni dövrdə “Dune 3” və yeni “Avengers” filmləri ilə rəqabət aparacağı bildirilir. Yayımlanan ilk kadrlarda Conni Deppi tanımaq olduqca çətindir və bu da filmə marağı daha da artırır.
Qeyd edək ki, C.Deppin aktyor kimi son ekran işi 2023-cü ildə nümayiş olunan “Jeanne du Barry” filmi olub. O, ekran əsərində XV Lüdoviki canlandırıb. Bundan sonra Depp daha çox rejissorluq fəaliyyəti ilə məşğul olub və 2024-cü ildə “Modi: Three Days on the Wing of Madness” filmini çəkib.




Son xəbərlər
Son Xəbərlər