Üzüyü barmağını sıxdı, xilasediciləri köməyə çağırdı - Video

uzuyu-barmagini-sixdi-xilasedicileri-komeye-cagirdi
Oxunma sayı: 333

Üzüyünün barmağını sıxmasından əziyyət çəkən Abşeron rayon sakini K.Bədəlova Rayon Mərkəzi Xəstəxanasına müraciət etmək məcburiyyətində qalıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəxanada üzüyün çıxarılması mümkün olmadıqda, Fövqəladə Hallar Nazirliyindən kömək istəmək qərara alınıb.

FHN Bakı Regional Mərkəzinin xilasediciləri dərhal xəstəxanaya gəlib və təhlükəsizlik qaydalarına riayət etməklə, həkimlərin nəzarəti altında xüsusi vasitələrlə üzüyü kəsərək vətəndaşın barmağından çıxarıblar.