“Valideyndən çox şey tələb etmirik, sadəcə uşağından soruşsa ki, bu gün nə öyrənmisən, bu, təhsilə müsbət təsir edər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində deyib.
“Ona görə ki, övladının nə öyrəndiyi ilə həftədə ən azı bir dəfə maraqlananların nəticəsi (451 bal) heç vaxt maraqlanmayanların göstəricisindən (409 bal) 42 bal yüksəkdir. Ən sadə addımlarla çox ciddi dəyişikliklər əldə edə biləcəyimizi düşünürük. Yalnız bununla nəsə əldə edə bilərikmi? Xeyr. Lakin bizim gördüyümüz işlərlə yanaşı, valideynlər də bizə dəstək olarsa, irəliyə doğru daha sürətlə irəliləyərik”, — deyə nazir vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər