Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
“Qafqazinfo” xəbər verir ki, ailəsinin imtina etdiyi üç uşaq - İ. Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y. Ələsgərov (2018) polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.
***
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən saytımıza bildirilib ki, azyaşlıların atası alkaqol alüdəçisidir, ananın isə psixoloji problemləri var:
“Tovuz Rayon İcra Hakimiyyətindən Komitəyə verilən məlumata görə, uşaqlar baxımsız vəziyyətdə qalıb. Bu səbəbdən onlar müayinə üçün xəstəxanaya yerləşdiriliblər. Eyni zamanda Sosial Xidmətlər Agentliyi də məsələ ilə bağlı məlumatlandırılıb”.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər