Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun may ayı ərzində Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində, Ağdam rayonunun Alıbəyli, Çıraxlı kəndlərində və Səfərli qəsəbəsində səyyar qəbul-görüşləri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.
“Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək haqqında Azərbaycan Respublikasının Prezidentinin 3587 nömrəli Sərəncamının 3.1.2-ci bəndinin icrası ilə əlaqədar məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı məlumat verilib.
Vaqif Həsənov qəbullara gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.





Son xəbərlər
Son Xəbərlər