Vasif Talıbovun qardaşı işdən çıxarıldı

vasif-talibovun-qardasi-isden-cixarildi
Oxunma sayı: 11589

Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı saytımıza təsdiq ediblər.

Qeyd edək ki, M.Talıbov General-mayor III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. O, həmçinin Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Naxçıvan Boks Federasiyasının isə sədridir.

Nizam Rza