ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında çərşənbə axşamı keçiriləcək görüşün əsas mövzusu Rusiya ilə Ukrayna arasındakı ixtilafların həlli prosesi olacaq.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi məlumat verib.
“Tramp və Zelenskinin görüşü zamanı liderlər Rusiya ilə Ukrayna arasındakı sülh prosesini müzakirə edəcəklər. Çünki artıq müharibəni bitirmək vaxtı gəlib”, – deyə telekanal rəsminin sözlərini sitat gətirib.
Qeyd edək ki, iki ölkə liderinin görüşəcəyi barədə məlumat bir gün əvvəl bəlli olub. Zelenski iyulun 28-də Vaşinqtonda yaxın münasibətdə olduğu senator Lindsi Qremin vidasında iştirak etmək üçün ABŞ-yə gəlib.
Son xəbərlər
Son Xəbərlər