“VAZ” yük maşını ilə toqquşdu - Sürücünün vəziyyəti ağırdır+Fotolar

vaz-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 853

Tovuzda minik maşını yük avtomobili ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, “VAZ 21 07” markalı avtomobil “ZİL” markalı maşınla toqquşub.

Qəza zamanı minik maşının sürücüsü 35 yaşlı Sübhan Məmmədov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi davam edir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev