“Velizar” həbs edildi

velizar-hebs-edildi
Oxunma sayı: 3645

“TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bir neçə gündür “TikTok”da “Velizar”ın canlı yayımına 80 min nəfərin qoşulduğu bildirilir. Bu qədər adamın onun canlısına qoşulmağı ciddi müzakirələrə səbəb olub.

Xatırladaq ki, sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.