Velosipedlə vurulan kişi 2 həftə sonra öldü

velosipedle-vurulan-kisi-2-hefte-sonra-oldu
Oxunma sayı: 1792

İsmayıllıda iki həftə əvvəl xəsarət almış şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 11-də İsmayıllı şəhəri ərazisində Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Yerə yıxılan S.Eyyubov həmin vaxt başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş şəxs iyunun 24-ü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.