“Venesuela prezidentliyinə namizədliyimi verəcəyəm”

venesuela-prezidentliyine-namizedliyimi-vereceyem
Oxunma sayı: 759

ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi və siyasi vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında növbəti qeyri-adi çıxışı ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, Tramp Yaxın Şərqdəki münaqişəni həll etdikdən sonra ispan dilini öyrənərək Venesuelada siyasi fəaliyyətə başlamaq niyyətində olduğunu zarafatla bildirib.

“Bu işləri bitirdikdən sonra Venesuelaya gedə bilərəm. Orada prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, – deyə Amerika lideri qeyd edib. 

O, həmçinin xüsusi dil qabiliyyətinə malik olduğunu və ispan dilini çox qısa zamanda öyrənəcəyini iddia edərək auditoriyanı güldürüb.

Xatırladaq ki, cari il yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi “Mütləq Qətiyyət” (Operation Absolute Resolve) əməliyyatı nəticəsində ölkə rəhbəri Nikolas Maduro və həyat yoldaşı əsir götürülərək Nyu-Yorka aparılıb. Hazırda Maduro narkoterrorizm və korrupsiya maddələri ilə ittiham olunur. Bu hadisədən sonra Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigezi müvəqqəti dövlət başçısı təyin edib.