Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində sakinin evinə baş çəkiblər.
“Qafqazinfo”nun məlumatına görə, burada dövlət başçısı və ev sahibi Qarakənd faciəsi haqda danışıb.
Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?
Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.
Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?
Kişi sakin: Bəli, Qarakənddə idi.
Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?
Kişi sakin: 17 kilometrdir.
Son xəbərlər
Son Xəbərlər