Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto

veten-muharibesi-istirakcisi-vefat-etdi
Oxunma sayı: 667

Vətən müharibəsi iştirakçısı Coşğun Təhməzov uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Məlumata görə, Cəlilabad rayonundan olan C. Təhməzov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə göstərdiyi xidmətlərinə görə müxtəlif medallar ilə təltif edilib.

Surxay Şahbazov