Vətən müharibəsi qazisi Rusiyada vəfat etdi - Foto

veten-muharibesi-qazisi-rusiyada-vefat-etdi
Oxunma sayı: 3560

Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada dünyasını dəyişib.

Bir neçə gün əvvəl Rusiyaya gedən qazinin xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Onun cənazəsi bu gün Ağsu rayonunda dəfn edilib.