“Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 000 manat ödəniş edəcəyi barədə yayılmış məlumatlar tamamilə yalandır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib.
Qurum rəsmisi qeyd edib ki, yayılmış videoməlumat vətəndaşları aldatmaq məqsədi daşıyır.
“Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”, - R.Mehdili vurğulayıb.
Xəbəri rus dilində oxuyun: ГФСЗ предупреждает: выплаты в 1000 манатов — фейк
Son xəbərlər
Son Xəbərlər